Mehdiyevin ailəsi ilə bağlı yeni gəlişmə: həbslər başlayır? .....                     “Məzahir Pənahovun milyonları var, nə villalarını istəyirəm, nə də maşınlarını” .....                     AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır... .....                     Gəncə İdman Sarayının tikintisinə 4 milyon manat ayrıldı .....                     Ağdamda yaşayış binasının tikintisinə başlanılır .....                     Dövlət qurumunun avtomobil alma planı suya düşdü .....                     Məşhur Hollivud ulduzu Bakıda restoran açır .....                     Alla Puqaçova Rusiyadan 46 milyon pul çıxardı .....                     Qurban Qurbanov yeni biznesə başladı .....                     ABB rəhbər heyəti Veysəloğlu Şirkətlər Qrupunda qonaq olub .....                     Baş redaktor Baş prokurorla görüşdü .....                     Rusiya ordusu Krım üzərində öz qırıcısını vurub .....                     Bakının TARİXİ ABİDƏ OĞRUSU: Camaat onu belə görür... .....                     “BalBadem”: Şirniyyat bolluğu, qanun və sağlamlıq boşluğu... .....                     “Uğur Rent A Car” dələduzluğ iddiası .....                     Polis Yasamaldakı silahlı insidentlə bağlı .....                     “Nar” “Çoox Şanslı” lotereyasına start verib .....                     Bir vaxtlar Ramiz Mehdiyevi tərifləyən Məlahət İbrahimqızıdan SƏRT ÇIXIŞ .....                     Ramiz Mehdiyevin XAİN OLDUĞUNU vəzifədə olanda da deyirdik: NİYƏ tədbir görülmürdü ki? .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində 253 gündür nazir yoxdur .....                     Qurban Qurbanov "Euronews"a nələr danışdı? .....                     Üç tanınmış hakim təqaüdə göndəriləcək .....                     Saxta audit hesabatları .....                     Bakı Ağır Cinayətlər Məhkəməsi iki dələduzun hökmünü 3 ildir niyə yubadır? .....                     Putinin milyarder "desant"ının qardaşı oğlu sabah İrəvanda mitinq çağırdı... .....                     Qanunsuz orden və medallar təqdim edən Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Səyyaf Orucov cinayət məsuliyyətinə cəlb olunub .....                     Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının məhkəməsi başlayıb .....                     “Olan-qalan hörmətimi də itirib, seriallarda çəkilə bilmərəm...” .....                     “Azərbaycanda Rusiyanın “5-ci kalonu” at oynatmamalıdır...” .....                     Əkrəm Əylisli Ramiz Mehdiyevdən DANIŞMADI .....                     Mehdiyevlərin “Ailə TV”si necə olacaq? .....                     Tramp Rusiya neftini əngəlləyə biləcəkmi? .....                     Onlar vəzifədə ola-ola Ramiz Mehdiyevə LAYİQ OLDUĞU sözləri demişdilər... .....                     Məktəblərdə fond pulu yalnız bir halda yığıla bilər .....                     “Dedi, bunun telefonuna bax, yazıq nə gündədir?” .....                     Generalın anası vəfat etdi .....                     `KONTAKT HOME`-dan ƏDV FIRILDAĞI... .....                     Ramiz Mehdiyev gör, nə gündədir ki, Putin onu `RASXODA VERDİ`... .....                     Bakını Avrasiya İttifaqına qoşmaq israrı .....                     SOCAR-da təyinat olub .....                 

Bakını Avrasiya İttifaqına qoşmaq israrı - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 10:35 | Çap et

“Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və "3+3" regional əməkdaşlıq platforması, o cümlədən Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son keçirdiyi brifinqdə deyib.

“Biz Bakı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqun güclənməsinin şahidi oluruq. Bunu Azərbaycanın baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsinin indi formalaşmış ənənəsi sübut edir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub müxtəlif sektorları çərçivəsində tərəfdaşlarımızla çox fəal əməkdaşlığımızı müsbət qiymətləndiririk”, - deyə Zaxarova bildirib.

Azərbaycanın Aİİ-yə qoşulması zaman-zaman gündəmə gələn məsələlərdən biridir. Rəsmi Bakının təşkilata üzv ölkələrlə (Ermənistan istisna) iqtisadi əlaqələri yaxşı olsa da, birbaşa üzvlükdən imtina edib. Prezident İlham Əliyev 2023-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

Qeyd edək ki, Aİİ 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə əsasında yaradılıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə 9 oktyabr 2014-cü ildə qoşulub. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.

Ötən il Prezident İlham Əliyev deyib ki, Azərbaycanın Aİİ-yə qoşulmaq niyyəti yoxdur. “Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir”, - dövlət başçısı qeyd edib.

Təxminən 9 aylıq gərginlikdən sonra münasibətlər istiləşən kimi XİN rəsmisi bu mövzunu gündəmə gətirib. Ümumiyyətlə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşula bilərmi?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya hazırda patronajlıq etdiyi qurumlarla Azərbaycanın daha yaxın inteqrasiya olmasında maraqlıdır: “Rusiya istəyir ki, Azərbaycan onun təşəbbüskarı və aparıcı olduğu bütün təşkilatlarda üzv olsun, fəallıq nümayiş etdirsin. Hətta Rusiya hakimiyyətinin dərinliklərində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının belə üzvü olması, yaxud da başqa hansısa statusda iştirak eməsinin vacibliyi ideyası var. Azərbaycanın torpaqları azad edildiyi və Ermənistanla müharibə dayandığı faktı ruslarda belə fikir yaradıb ki, artıq Azərbaycanın KTMT-yə üzv olmasına ən böyük əngəl aradan qalxmış sayılır. Ancaq təbii ki, bu, Rusiyanın arzusudur, Azərbaycanın isə özünün ölçüləri, hesablamaları, dövlət maraqları var”.

Ekspertin sözlərinə görə, bu da həqiqətdir ki, Azərbaycan bu gün Rusiyanın liderliyi altında olan müxtəlif qurumlarda müxtəlif statuslarda, o cümlədən Müstəqil Dövlətlər Birliyində fəal şəkildə iştirak edir: “Bu qurumlarda Azərbaycanın iştirakı öncə ölkəmizin suverenliyi, milli maraqları çərçivəsində həll edilir. Hətta son vaxtlar Azərbaycan Avrasiya İqtisadi İttifaqının müxtəlif strukturlarında da iştirak eləyir, o cümlədən Aİİ-nin sonuncu toplantısında Azərbaycan baş nazir səviyyəsində fəxri qonaq qismində təmsil olunub. Əgər söhbət Azərbaycanın Rusiyanın patronajlığı altında olan ən böyük ticarət, gömrük qurumu olan Aİİ ilə bundan artıq yaxınlaşmasından gedirsə, burada bir qədər düşünmək və məsələyə ehtiyatlı baxmaq lazımdır. Çünki Azərbaycan vaxtilə Ermənistanın getdiyi yolla getmir və getmək fikrində də deyil. Bir vaxtlar Ermənistan Avropa Birliyini müəyyən qədər həvəsləndirərək onunla assosiativ üzvlük sazişi üzrə danışıqları başlatdı və davam elətdirdi. Birdən o zamankı prezident Serj Sərkisyan sərt dönüş edərək Aİİ-yə üzv oldu. Aİİ-nin üzvü kimi yenidən Avropa Birliyi strukturlarına qayıdan Ermənistan bu günə qədər iki istiqamətdə fəaliyyət göstərməkdə davam edir, amma bunun çox böyük çətinlikləri var. Açıq şəkildə ifadə olunur ki, Ermənistanın eyni vaxtda Aİİ-də və Avropa Birliyində üzv olması qeyri-mümkündür. Xüsusilə Rusiya bu barədə Ermənistanı dəfələrlə seçim etməyə çağırıb. Bu baxımdan Azərbaycan dövləti öncədən ən düzgün olan variantı seçib. Azərbaycanın mövqeyi budur ki, nə Aİİ-yə, nə də Avropa Birliyinə üzv olmur”.

A.Quliyev dedi ki, Azərbaycan bu qurumlarla müxtəlif istiqamətlərdə əlaqələr qurur: “Bu əlaqələr milli maraqlara və ölkəmizin iqtisadi maraqlarına uyğun olan istiqamətlərdə qurulur. Azərbaycanın hazırkı şəraitdə Aİİ-yə üzv olması aktual deyil. Aİİ-yə üzvlük yönündə Azərbaycanın addım atması gözlənilmir. Belə bir addımın atılması maraqlarımıza cavab vermir və həmçinin Avropa Birliyi ilə, Qərblə münasibətlərimizə də xələl gətirə bilər. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin taleyi həll olunana, dünyanın yenidən bölüşdürülməsi uğrunda Qərb-Rusiya mübarizəsi aydınlaşana qədər Azərbaycanın nə Aİİ məsələsində, nə də Avropa Birliyi məsələsində müsbət seçim etməsinə lüzum yoxdur. Azərbaycan hər ikisi ilə milli, iqtisadi ticarət maraqları çərçivəsində mötədil siyasət aparmaqda yəqin ki, davam edəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyevin ailəsi ilə bağlı yeni gəlişmə: həbslər başlayır? – Açıqlama
Bu gün, 13:07
“Məzahir Pənahovun milyonları var, nə villalarını istəyirəm, nə də maşınlarını” - TƏFƏRRÜAT
Bu gün, 13:04
AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...
Bu gün, 13:03
Gəncə İdman Sarayının tikintisinə 4 milyon manat ayrıldı
Bu gün, 13:01
Ağdamda yaşayış binasının tikintisinə başlanılır – 13 milyonluq layihə
Bu gün, 13:00
Dövlət qurumunun avtomobil alma planı suya düşdü - TENDERİ NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 12:58
Məşhur Hollivud ulduzu Bakıda restoran açır
Bu gün, 12:56
Alla Puqaçova Rusiyadan 46 milyon pul çıxardı
Bu gün, 12:52
Qurban Qurbanov yeni biznesə başladı
Bu gün, 12:49
ABB rəhbər heyəti Veysəloğlu Şirkətlər Qrupunda qonaq olub
Bu gün, 12:45
Baş redaktor Baş prokurorla görüşdü - sabiq nazirin şərləndiyi tapança ilə bağlı araşdırma aparılmasını istədi
Bu gün, 12:43
Rusiya ordusu Krım üzərində öz qırıcısını vurub
Bu gün, 12:41
Bakının TARİXİ ABİDƏ OĞRUSU: Camaat onu belə görür... - FOTOFAKT
Bu gün, 12:30
“BalBadem”: Şirniyyat bolluğu, qanun və sağlamlıq boşluğu... - NARAZILIQ VAR...
Bu gün, 12:20
“Uğur Rent A Car” dələduzluğ iddiası - “Məni təhqir edib, əlavə pul tələb etdilər”
Bu gün, 12:16
Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
Bu gün, 12:11
“Nar” “Çoox Şanslı” lotereyasına start verib - DİQQƏT!
Bu gün, 12:08
Bir vaxtlar Ramiz Mehdiyevi tərifləyən Məlahət İbrahimqızıdan SƏRT ÇIXIŞ - Azərbaycan xalqı bu xəyanəti heç vaxt bağışlamayacaq!
Bu gün, 11:50
Ramiz Mehdiyevin XAİN OLDUĞUNU vəzifədə olanda da deyirdik: NİYƏ tədbir görülmürdü ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:48
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 253 gündür nazir yoxdur - Yeni nazir namizədi kim ola bilər?
Bu gün, 11:44
Qurban Qurbanov "Euronews"a nələr danışdı? - VİDEO
Bu gün, 11:40
Üç tanınmış hakim təqaüdə göndəriləcək - ADLAR
Bu gün, 11:38
Saxta audit hesabatları – İqtisadiyyata görünməyən ZƏRBƏ
Bu gün, 11:35
Bakı Ağır Cinayətlər Məhkəməsi iki dələduzun hökmünü 3 ildir niyə yubadır? - İsmayıl Xəlilovla İnam Kərimova müraciət
Bu gün, 11:31
Putinin milyarder "desant"ının qardaşı oğlu sabah İrəvanda mitinq çağırdı... - erməni mediası
Bu gün, 11:24
Qanunsuz orden və medallar təqdim edən Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Səyyaf Orucov cinayət məsuliyyətinə cəlb olunub - TƏFƏRRÜAT
Bu gün, 11:23
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:16
“Olan-qalan hörmətimi də itirib, seriallarda çəkilə bilmərəm...” - TAMADALIQ EDİRLƏR...
Bu gün, 11:15
“Azərbaycanda Rusiyanın “5-ci kalonu” at oynatmamalıdır...” - ETİRAZ!
Bu gün, 11:14
Əkrəm Əylisli Ramiz Mehdiyevdən DANIŞMADI - "Mənim üçün çox çətindir"
Bu gün, 11:10
Mehdiyevlərin “Ailə TV”si necə olacaq? - İLGİNC
Bu gün, 11:07
Tramp Rusiya neftini əngəlləyə biləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 11:04
Onlar vəzifədə ola-ola Ramiz Mehdiyevə LAYİQ OLDUĞU sözləri demişdilər... - SİYAHI
Bu gün, 11:01
Məktəblərdə fond pulu yalnız bir halda yığıla bilər - EKSPERT AÇIQLADI
Bu gün, 10:58
“Dedi, bunun telefonuna bax, yazıq nə gündədir?” - Elgiz Əkbər
Bu gün, 10:57
Generalın anası vəfat etdi
Bu gün, 10:54
`KONTAKT HOME`-dan ƏDV FIRILDAĞI... - BU DA FAKT...
Bu gün, 10:44
Ramiz Mehdiyev gör, nə gündədir ki, Putin onu `RASXODA VERDİ`... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:38
Bakını Avrasiya İttifaqına qoşmaq israrı - NƏ BAŞ VERİR?
Bu gün, 10:35
SOCAR-da təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:33
“SOCAR AQŞ” MMC-nin külli miqdarda dövlətə borcu üzə çıxıb - FOTO
Bu gün, 10:31
“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər edilməlidir……
Bu gün, 10:30
"Paşa Bank"da müştərilərin əmanətləri 128,7 MİLYON MANAT AZALIB - DETALLAR
Bu gün, 10:28
`MADEYRA` yenə öz dediyini DEYİR HA... - GİLEY
Bu gün, 10:19
`LEO-BANK` vətəndaşı rəsmən QARƏT EDİB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:14
Mədət Quliyev Ramiz Mehdiyevdən DANIŞDI - "Qanunla..."
Bu gün, 10:08
Nəcməddin Sadıkovun oğlunun biznes ortağı ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
BBC Nardarana görə Azərbaycanı hədəf aldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:03
ŞOK: Mehdiyevin Ermənistanda MÜLKÜ VAR! - BİZ DEMİRİK HA...
Bu gün, 09:59
Rövşən Nəcəfdən `MOZALAN`VARİ İSLAHAT... - "Bəs Allah cəzasından necə... yayına biləcəksiniz?"
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru