Keçmiş PA şefi Ramiz Mehdiyevin məsələsi kifayət qədər ciddi və aktual olduğundan bu gün Mehdiyevə yaxın olanlar da ciddi təlaş içindədir.
"DİA-AZ" xəbər verir ki, bu barədə yazan jurnalist Fərid Şahbazlı da ilginc iddialar səsləndirib. Jurnalist yazır:
"Heç bir əlavə şərh vermədən qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin və onun yaxın qohumu Milli Məclisin komitə sədri Şahin İsmayılovun Ramiz Mehdiyevlə münasibətlərinin səviyyəsinin araşdırılmasında fayda var..."
Qeyd edək ki, E.Babayevə qarşı anoloji ittiham bu vaxta qədər də səslənib.