Hüquq-mühafizə orqanlarının Ramiz Mehdiyev barəsində ev dustaqlığı qəti imkan tədbiri seçməsi haqqında informasiya ictimailəşəndən sonra mediada, sosial şəbəkələrdə müxtəlif səpkidə yazılar, şərhlər verilir.
Hər kəs öz mülahizəsini, versiyasını irəli sürür. Yayılan xəbərlərdən bir qismində isə Ramiz Mehdiyevin maddi imkanı araşdırma mövzusuna çevrilib. “Boz kardinal”ın varidatı, pulları, mülkləri, kommersiya obyektləri, müxtəlif təyinatlı torpaq sahələri barədə siyahılar da dərc olunur.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd etdi ki, Ramiz Mehdiyevin izini “Sədərək” Ticarət Mərkəzində deyil, indiki Ermənistan Respublikasının ərazisində qalan tarixi məkanımız-ermənilərin Sevan dedikləri Göyçə gölünün həndəvərində axtarmaq lazımdır. Məhz orada Ramiz Mehdiyevə məxsus çoxlu malikanələr tapmaq olar…
Sima Babayeva - "DİA-AZ"