Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən təşkil olunan illik audit xidmətlərinin satın alınması üzrə tender müsabiqəsi yekunlaşıb.
FED.az xəbər verir ki, müsabiqənin qalibi “RSM Azerbaijan” MMC olub.
Müqavilənin ümumi dəyəri 17.700 manat təşkil edir. “RSM Azerbaijan” şirkəti bu məbləğ qarşılığında Milli Depozit Mərkəzinin 2024-cü il üzrə maliyyə hesabatlarının auditini aparacaq, həmçinin aidiyyəti normativ tələblərə uyğun olaraq audit rəyi təqdim edəcək.