Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən Nəsimi rayonu ərazisində yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar keçirilən tender müsabiqəsinin nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Az.Arxitektura” MMC (VÖEN – 6001265561) olub.
Qeyd edək ki, qalib şirkət 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazini əhatə edəcək yeni istirahət parkının layihə-smeta sənədlərini hazırlayacaq və qarşılığında 2 milyon 387 min 833 manat 84 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Az.Arxitektura” 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə”də yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur.